EN

Azərpoçtun adından yeni dələduzluq oyunu - FOTO

Azərpoçtun

Elan platformalarında məhsul yerləşdirən şəxslər son günlər yeni bir dələduzluq üsulu ilə qarşılaşıblar. Dələduzlar bu dəfə “Azərpoçt” MMC-nin adından istifadə edərək, vətəndaşlara saxta mesajlar göndərir və məhsulu almaq istədiklərini bildirirlər. Məqsəd isə sadədir – vətəndaşların şəxsi və bank kartı məlumatlarını ələ keçirmək.Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin (ETX) yaydığı məlumata görə, bu mesajlar saxta keçidlər vasitəsilə göndərilir. Vətəndaşlar həmin keçidə daxil olduqda onlardan bank kartı məlumatları və digər şəxsi informasiyalar tələb olunur.ETX vətəndaşlara xəbərdarlıq edir: tanımadığınız mənbədən gələn keçidlərə daxil olmayın, bank kartı məlumatlarınızı paylaşmayın və mesajların doğruluğunu yalnız rəsmi kanallar vasitəsilə yoxlayın. Bu cür hallarla rastlaşdıqda isə dərhal müvafiq qurumlara müraciət edin.AzərpoçtunUlusum.az

Diqqət Çəkənlər

GlobE Şəbəkəsinin Altıncı Plenar İclası

UNODC’s Brigitte Strobel-Shaw and Steering Committee members Nasser Abaalkhail and Boni de Moraes Soares commended the event’s professional organisation

Əlibıçaqlı qadın avtobusda təşviş yaratdı - VİDEO

Chosen
0
47
ulusum.az

10Sources