Ötən il Kənd Təsərrüfatı Nazirliyi 190 qadın fermerə 404 ədəd aqrar texnika alınması, 8 qadın fermerə isə 40 baş damazlıq heyvan alınması üçün güzəştli vəsait ayrıb.
Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə hesabatında bildirilir.
Bundan başqa, sənədə əsasən, ötən il nazirlik yanında Aqrar Kredit və İnkişaf Agentliyi müvəkkil kredit təşkilatları vasitəsilə aqrar sahədə çalışan qadın fermerlərə 117 müraciət üzrə 1,6 milyon manat güzəştli kredit (o cümlədən 112 müraciət üzrə 1,3 milyon manat mikrokredit) verib.
Qadın sahibkarların və kənd yerlərində aqrobizneslə məşğul olan fermer qadınların iqtisadi resurslara çıxış imkanlarının təmin edilməsi istiqamətində fəaliyyətlər davam etdirilib.
© Report