Comex birjasında (Nyu-York əmtəə birjasının bölməsi) iyun fyuçersləri üzrə qızıl fyuçerslərinin qiyməti mayın 9-dan bəri ilk dəfə bir troy unsiyası üçün 3300 dolları ötüb.
Publika.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Agentlik qeyd edib ki, Bakı vaxtı ilə saat 2:13-ə qızılın qiyməti bir unsiya üçün 3307 dollar (+2,91%) təşkil edib.
Aprelin 22-də qızılın qiyməti yeni tarixi rekorda çatıb: Çikaqo əmtəə birjasında (CME) iyun qızıl fyuçersləri 2,3% bahalaşaraq bir unsiya üçün 3504,2 dollara çatıb.
"Bloomberg" yazır ki, qızıl qiymətlərinin qalxması dolların zəifləməsi və prezident Donald Trampın ABŞ Federal Ehtiyat Sistemini tənqid etməsinin nəticəsidir.