EN

“Bakı” və “Xəzər Lənkəran” bu gün Premyer Liqada çıxış etsəydi... VİDEO

“Limitin ləğvi Azərbaycan futboluna müsbət və ya mənfi təsirini bir neçə ildən sonra görə biləcəyik.

Yaxşı legionerlərin sayəsində avrokuboklarda klublarımız qrup mərhələsinə kimi irəliləyə bilərlər.

İndi Hafiz Məmmədovun Azərbaycan futbolunda yeri çox görünür. Həmin “Bakı” və Hafiz başqan olsaydı, Premyer Liqada tam fərqli yarış izləyə bilərdik.

“Bakı” və “Xəzər Lənkəran” çempionatın bəzəyi idi”.

Bu fikirləri “Sportinfo TV”də yayımlanan “Futbol manşet” verilişində tanınmış jurnalistlər Elçin Cəfərovla Ramiz Mirzəzadə səsləndiriblər.

Legioner limitinin Azərbaycan futboluna nə kimi xeyri olub-olmayacağı ilə bağlı şərhlər verən jurnalistlər “Bakı” və “Xəzər Lənkəran”la bağlı da fikirlər səsləndiriblər.
Verilişin rəsmi tərəfdaşı “QOLAT Sport Services & Football Agency”dir. Şirkət dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir.

Hədəf təşkil edilən idman yarışları ilə üzvlərin iş stressini azaltmaq, yeni əməkdaşlıqlar, dostluqlar və ən əsası daha sağlam həyat tərzini aşılamaqdır, yaşamaqdır.

Son bir ildə isə şirkətə daha bir xidmət sahəsi əlavə edilib. Bu, FİFA Agentliyi xidmətidir.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Chosen
0
1
sportinfo.az

4Sources