EN

Azərbaycanla Macarıstan arasında ticarət dövriyyəsi 12%-ə yaxın artıb

Bakı. Trend:

Bu ilin yanvar-mart aylarında Azərbaycanla Macarıstan arasındaticarət əməliyyatlarının həcmi 14,6 milyon ABŞ dolları təşkiledib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldəedib.

Məlumata görə, bu, 2024-cü ilin eyni aylarındakı göstərici iləmüqayisədə 1,6 milyon ABŞ dolları və ya 11,7% çoxdur.

Hesabat dövründə Macarıstan ilə ticarət dövriyyəsi Azərbaycanınümumi ticarət dövriyyəsinin 0,12%-i həcmində olub.

Cari ilin yanvar-mart aylarında Azərbaycandan Macarıstana 1,1milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, 2024-cü ilin eynidövrü ilə müqayisədə 299 min ABŞ dolları və ya 36,2% çoxdur.

Eyni zamanda, 2025-ci ilin yanvar-mart aylarında MacarıstandanAzərbaycana 84,8 milyon ABŞ dolları dəyərində idxal əməliyyatlarıicra olunub ki, bu da illik müqayisədə 1,2 milyon ABŞ dolları və ya10% artım deməkdir.

Qeyd edək ki, 2025-ci ilin yanvar-mart aylarında Azərbaycanınxarici ticarət dövriyyəsi 24,3% artaraq 12,048 milyard ABŞ dollarıtəşkil edib.

Məlumata görə, son bir ildə ölkə üzrə ixrac 6,7% və ya 401,75milyon ABŞ dolları artaraq 6,4 milyard ABŞ dolları, idxal isə 52,6%və ya 1,9 milyard ABŞ dolları artaraq 5,7 milyard ABŞ dollarıtəşkil edib.

Hesabat dövründə xarici ticarət dövriyyəsinə 722,9 milyondollarlıq müsbət saldo yaranıb ki, bu da ötən ilin eyni dövrü iləmüqayisədə 1,5 milyard ABŞ dolları və ya 3,1 dəfə azdır.

Chosen
0
4
az.trend.az

10Sources