EN

Suriyada şiddətli döyüşlər gedir

Suriya Demokratik Qüvvələrinin (SDQ) kürd birləşmələri Hələb əyalətindəki Tişrin bəndi ərazisində Suriya ordusu ilə toqquşmaya başlayıb.

"Unikal" xəbər verir ki, bu  barədə SANA məlumat yayıb. 

"SDQ Tişrin bəndi istiqamətində mövqelərə hücum edib. Bizim mövqelərimiz Suriyatel yüksəkliyindəki bəndin ərazisində hücuma məruz qalıb", - telekanal məlumatında bildirib. 

Suriya Ərəb Ordusu əvvəllər kürdlərin işğal etdiyi iki qalaya nəzarəti bərpa edə bilib. Qeyd olunur ki, ərazidə şiddətli döyüşlər gedir.

Chosen
0
50
unikal.az

10Sources