Çempionlar Liqasının Çempionlar yolunun ilk iki püşkatma mərasiminə qatılacaq 38 komandadan 32-si bəllidir.
Bizim.Media xəbər verir ki, I təsnifat mərhələsinin 28 iştirakçısından 27-si, birbaşa II təsnifat mərhələsindən yarışa start verəcək 10 klubdan 5-i dəqiqləşib.
Azərbaycan çempionu “Qarabağ” da ilk raunddan azad olan klublar sırasında yer alıb. Qurban Qurbanovun yetirmələri püşkatmada səpələnmişlərdən olacaq.
Təmsilçimizin mümkün rəqibləri əsasən I təsnifat mərhələsinin cütləridir. RFS, “Linkoln”, “Kuopio”, TNS, “Drita”, “Breydablik”, “Buduçnost” və “Linfild”in yer aldığı cütlərin qalibləri çempionumuzla qarşılaşa bilər.
Çempionlar Liqası
Çempionlar yolu
I təsnifat mərhələsi
Səpələnmişlər
“Ludoqorets” (Bolqarıstan)
FCSB (Rumıniya)
“Olimpiya” (Sloveniya)
“Malmö” (İsveç)
“Jalgiris” (Vilnüs, Litva)
RFS (Latviya)
Bosniya və Herseovina çempionu
“Linkoln” (Cəbəllütariq)
“Kuopio” (Finlandiya)
TNS (Uels)
“Drita” (Kosovo)
“Breydablik” (İslandiya)
“Linfild” (Şimali İrlandiya)
“Buduçnost” (Monteneqro)
Səpələnməmişlər
“İnter” (Andorra)
“Şkendiya” (Şimali Makedoniya)
“Levadiya” (Estoniya)
“Dinamo” (Minsk, Belarus)
“Hamrun Spartans” (Malta)
“Milsami” (Moldova)
“Kayrat” (Qazaxıstan)
“Noa” (Ermənistan)
“Differdanj” (Lüksemburq)
“İberiya” (Gürcüstan)
“Vikinqur” (Farer adaları)
“Şelburn” (İrlandiya)
“Eqnatiya” (Albaniya)
“Virtus” (San Marino)
II təsnifat mərhələsi
Səpələnmişlər
“Srvena Zvezda” (Serbiya)
“Slovan” (Slovakiya)
Danimarka çempionu
“Qarabağ” (Azərbaycan)
“Lüdoqorets”in yer aldığı cütün qalibi
“Dinamo”nun (K) yer aldığı cütün qalibi
FCSB-nın yer aldığı cütün qalibi
“Olimpiya”nın yer aldığı cütün qalibi
İsrail çempionu
Səpələnməmişlər
RFS-in yer aldığı cütün qalibi
“Linkoln”un yer aldığı cütün qalibi
“Kuopio”nun yer aldığı cütün qalibi
TNS-in yer aldığı cütün qalibi
“Drita”nın yer aldığı cütün qalibi
“Breydablik”in yer aldığı cütün qalibi
“Linfild”in yer aldığı cütün qalibi
“Buduçnost”un yer aldığı cütün qalibi
Qeyri-müəyyənlər
“Pafos” (Kipr)
Polşa çempionu
Xorvatiya çempionu
Macarıstan çempionu
“Malmö”nün yer aldığı cütün qalibi
“Jalgiris”in yer aldığı cütün qalibi
Bosniya və Herseqovina çempionunun yer aldığı cütün qalibi
Liqa yolu
II təsnifat mərhələsi
Səpələnmişlər
“Reyncers” (Şotlandiya)
Səpələnməmişlər
“Brann” (Norveç)
Qeyri-müəyyənlər
“Panatinaikos” (Yunanıstan)
Çexiya vitse-çempionu
Avstriya vitse-çempionu
İsveçrə vitse-çempionu
Qeyd edək ki, I təsnifat mərhələsinin püşkatması iyunun 17-də olacaq. II təsnifat mərhələsinin püşkü isə ertəsi gün atılacaq.
Bizim.Media