Bakıda sərnişin avtobusun şüşəsini sındırıb.
Modern.az-ın məlumatına görə, hadisə şənbə günü gecə saatlarında 65 saylı marşrut üzrə hərəkət edən avtobusda qeydə alınıb.
Avtobus Tbilisi prospektində hərəkətdə olarkən sərxoş sərnişin sürücüdən dayanmasını tələb edib və şüşəni sındırıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Görüntüləri təqdim edirik: