EN

İsrail ordusu Qəzzadakı xəstəxanaya hücum edib 

İsrail əsgərləri Qəzza zolağının şimalında İndoneziya xəstəxanasını sökməyə başlayıb və binanın içərisində ən azı 55 nəfəri qalıb  ..

Poliqon xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

"İsrail əsgərləri xəstəxananın qapılarına hücum edərək buldozerlə mühasirəyə alınan müəssisənin şimal divarını uçurub. İçəridə dörd həkim və səkkiz tibb bacısı olmaqla azı 55 nəfər qalıb", deyə məlumatda bildirilir.

Telekanalının məlumatına görə, tibb müəssisəsinin ətrafındakı ərazidə silah səsləri eşidilib.

Bir gün əvvəl İsrail Müdafiə Qüvvələrinin Gideonun döyüş arabaları əməliyyatı çərçivəsində Qəzza zolağının şimal və cənubunda genişmiqyaslı quru əməliyyatlarına başladığı xəbəri yayılmışdı. İDF əlavə edib ki, İsrail əsgərləri lazım gəldikdə Qəzza zolağında yerləşən terror təşkilatlarına qarşı əməliyyatları davam etdirəcək.

Poliqon.info 

Chosen
0
50
poliqon.info

10Sources