EN

İtaliyalı atletdən yeni dünya rekordu

2020-ci il Olimpiya çempionu italiyalı Massimo Stano 35 km məsafəyə yürüşdə yeni dünya rekordu müəyyənləşdirib.

Bizim.Media xəbər verir ki, o, Çexiyada keçirilən komandalararası Avropa çempionatında məsafəni 2 saat 20 dəqiqə 43 saniyəyə qət edib.
 

Əvvəlki dünya rekordu 2006-cı ildə məsafəni 2:21.31-ə qət edən rusiyalı Vladimir Kanaykinə məxsus idi. Qeyd edək ki, Kanaykinin nəticəsi lazımi şərtləri yerinə yetirmədiyi üçün Dünya Atletikası tərəfindən rəsmən tanınmamışdı.


Bununla belə, təşkilatın saytındakı rekordlar siyahısında ən yaxşı nəticənin sahibi kimi məhz rusiyalı idmançı qeyd edilirdi.

Rəsmi olaraq tanınan rekord kanadalı Evan Danfiyə (2:21.40.0) məxsusdur. O bunu 2 ay əvvəl göstərib.

Rəşad Rafiqoğlu, Bizim.Media

Chosen
0
10
bizim.media

10Sources