EN

Diplomatik oyun: danışıqlara kim mane olur - Ukrayna, yoxsa Rusiya?


Cəbhənin minlərlə kilometrliyində amansız müharibə davam edərkən, Rusiya ilə Ukrayna arasında da eyni dərəcədə gərgin diplomatik qarşıdurma yaşanır. Risklər böyükdür: hər iki tərəf Donald Trampı inandırmağa çalışır ki, sülhə mane olan qarşı tərəfdir. Danışıqların təfərrüatları ilə tanış olan mənbələrə görə, Vladimir Putin, prosesi ləngitmək qərarına gəlib. Son bir həftə ərzində o, sülh sazişi üzrə amerikalı müzakirəçilər ilə dialoqu dayandırıb və sonra öz təşəbbüsünü - özünün açıq şəkildə təkid etdiyi Türkiyədə Volodimir Zelenski ilə danışıqlarada tam məhəl qoymayıb. “The Financial Times” yazır ki, bu, Putin strategiyasının növbəti təsdiqi idi: Trampın qarşısında sülhməramlı görüntüsü yaratmaq üçün kifayət qədər prosesdə iştirak etmək, lakin real irəliləyişə imkan verməmək. Və indiyədək bu manevr Vaşinqton tərəfindən heç bir ciddi müqavimətlə qarşılaşmayıb. Ən təsirli şərh cümə axşamı danışıqların pozulmasına haqq qazandıran Donald Trampın özündən gəldi: “Putinlə mən şəxsən görüşənə qədər heç nə olmayacaq”. Bu sözlər isə Kremlə əsil hədiyyəidi. Putin uzun müddətdir ki, Vaşinqtonla özünə uyğun şərtlərlə münasibətləri bərpa etmək üçün Amerika lideri ilə şəxsi görüşməyə can atırdı. Kiyev üçün bu, onun ən pis qorxulu röyalarının davamı idi: Trampın Putinlə Ukraynadan yan keçən sövdələşməsinə dair.

Yüksək səviyyəli avropalı diplomatlardan biri FT-yə deyib: “Putin Trampı sülhə olan marağına inandırmaq və eyni zamanda irəliləyişin qarşısını almaq üçün hər şeyi edir”. Almaniyanın müdafiə naziri Boris Pistorius da oxşar fikirlər səsləndirərək, Putini İstanbula gəlməkdən imtina edərək “Amerika prezidentini yoldan çıxarmaq” cəhdində ittiham edib. “Əminəm ki, bu, Trampın xoşuna gəlməyəcək”, deyə Berlində jurnalistlərlə söhbətində bildirib. Hətta Trampın ətrafındakılar da Kremlin real danışıqlara girmək istəmədiyini görməyə başlayıblar. “The Financial Times” yazır ki, Rusiya rəsmiləri keçən cümə axşamı Trampın xüsusi elçisi Steve Vitkoff-a deyiblər ki, Putin Ukrayna və Aİ ilə hazırlanmış 22 bəndlik sülh planını müzakirə etmək istəmir. Ertəsi gün Amerika və Ukrayna rəsmiləri, o cümlədən Zelenskinin baş qərargah rəisi Andrey Yermak və müdafiə naziri Rustem Ömərov planı Vitkoff, dövlət katibi Marko Rubio (həmçinin milli təhlükəsizlik müşaviri vəzifəsində çalışır) və general Keyt Kelloqla müzakirə ediblər. Moskvanın imtinasından sonra VitkoffMoskvaya Putinlə görüşə planlaşdırılan səfərini təxirə saldı - baxmayaraq ki, mənbələr səfərin heç vaxt yekunlaşmadığını deyirlər.
Avropa təzyiq edir, Kreml uzadır, Tramp tərəddüd edir
Həmin günlərdə Avropa liderləri səylərini artırdılar. Onlar Ukrayna ilə birlikdə 30 günlük qeyd-şərtsiz atəşkəs tələb edib və Kremli yeni sanksiyalarla hədələdilər. ABŞ da bu təşəbbüsü dəstəklədi. Buna cavab olaraq Putin alternativ təklif etdi: İstanbulda birbaşa Rusiya-Ukrayna danışıqları. Tramp da bu ideyanı dəstəklədi və Zelenskini danışıqlarda iştirak etməyə çağırdı. Ukrayna prezidenti razılaşdı və Putini şəxsən görüşə gəlməyə çağırdı. Amma Kreml İstanbula keçmiş mədəniyyət naziri Vladimir Medinskinin başçılıq etdiyi aşağı səviyyəli nümayəndə heyətini göndərdi. Cümə günü baş tutan görüş iki saatdan da az bir müddət çəkdi və heç bir əhəmiyyətli nəticə vermədən başa çatdı. Yeganə nailiyyət minlərlə məhbusun dəyişdirilməsinə dair razılaşma oldu. Avropalıların məyusluğu göz qabağında idi. Fransa prezidenti Emmanuel Makron dedi: "Son saatlar göstərdi ki, Rusiya atəşkəsdə maraqlı deyil. Avropa və ABŞ-ın səyləri olmadan bu, baş tutmayacaq". Böyük Britaniyanın Baş naziri Kir Starmer daha açıq danışdı: “Ukraynalılar və bütün Avropa Putinin təcavüzünün əvəzini artıq ödəyib – indi o, dünyanı tərk etməsinin əvəzini ödəməlidir”. Makron, Almaniya kansleri Fridrix Merz və Polşanın baş naziri Donald Tusk ilə birlikdə Starmer birgə belə bir bəyanat yaydı: Putinin mövqeyi “qəbuledilməzdir”. Dördü də Tramp və Zelenski ilə birgə telefon danışığı apardı. Starmer vurğuladı ki, Ukrayna məsələsindəAvropa ölkələri ilə Tramp administrasiyası arasında “yüksək səviyyədə koordinasiya” olub. Lakin diplomatlar bu fikiri bölüşmür və vurğulayırlar ki, Avropanın ritorikası hələ yetərincə Amerika tərəfinin hərəkətlərində əks olunmur. AB xarici işlər naziri qeyd edib: “Bu, daşa düşən damcılar kimidir – ümid edirik ki, zaman keçdikcə Trampın mövqeyi dəyişəcək”. Hələlik Tramp administrasiyası münaqişənin hər iki tərəfindən məyus olduğunu ifadə edərək, Kremli birbaşa tənqid etməkdən yayınır və bəzən isə prosesdən tamamilə geri çəkilə biləcəyinə eyham vurur.
Dövlət katibi Marko Rubio deyib: "Biz sülhə nail olmaq üçün nə qədər lazımdırsa, davam etməyə hazırıq. Ancaq biz sonsuza qədər dünyanı gəzə və heç bir nəticə verməyəcək danışıqlarda iştirak edə bilmərik." Ukraynalı məmurlardan birinin dediyi kimi, bütün vəziyyət Zelenski və Putinin limitdə oynadığı, Trampınkart paylaşımı isə geosiyasi “qara oyunu” xatırladır. Putinə gəldikdə isə, o, əlavə edib ki, "onun çox güclü və təhlükəli kombinasiyası" var.

Surxay Əliyev

Chosen
0
15
baki-xeber.com

10Sources