EN

“Valideynlərin müdaxiləsi ixtisas seçimində problem yaradır” – Fariz İsmayılzadə

“Azərbaycanda peşə və ixtisas seçiminə valideynlər çox zaman güclü təsir göstərirlər. Təəssüf ki, bu təsir bəzən uşaqların maraq və potensialını nəzərə almadan, onları düzgün olmayan istiqamətə yönləndirir. Halbuki dünya dəyişir, texnologiyalar inkişaf edir və əmək bazarının tələbləri hər gün yenilənir”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Fariz İsmayılzadə deyib.

O, bu prosesə müdaxilə edən əsas faktorlardan birinin valideyn təzyiqi olduğunu bildirib və əmək bazarındakı dəyişikliklərin nəzərə alınmasının vacibliyinə diqqət çəkib:
 

“İxtisas seçimi zamanı əsas meyar şagirdin maraqları və müasir tələblərlə uyğunluq olmalıdır. Gənclər təkcə dəbdə olan və ənənəvi sayılan ixtisaslara - məsələn, klassik hüquqşünaslığa yönəlməməlidirlər. Onlar əmək bazarında artan tələbat olan sahələrə - data-analitika, rəqəmsal marketinq, informasiya texnologiyaları, kibertəhlükəsizlik və digər texnoloji istiqamətlərə diqqət yetirməlidirlər. Bu sahələr gələcəyin ixtisaslarıdır.”


Deputat sonda vurğulayıb ki, bu mövzuda maarifləndirmə işləri gücləndirilməli, valideynlər və şagirdlər əmək bazarının real tələbləri barədə məlumatlandırılmalıdırlar.

Aygün Hüseyn, Bizim.Media

Chosen
0
10
bizim.media

10Sources