Neapolda keçirilən “Ciro d’İtalia–2025″in 6-cı mərhələsinin son kilometrlərində təhlükəli insident baş verib.
Publika.az xəbər verir ki, bir neçə etirazçı yolun üzərinə çıxaraq veloyarışın keçirilməsinə mane olmağa çalışıb. Bu barədə “CyclingPro” məlumat yayıb.
İki etirazçı qaçış qrupunun qarşısına çıxaraq yolu bağlamağa çalışıblar. Bu cəhdləri uğursuz alınandan sonra onlar pelotonun keçidi zamanı bir daha trası kəsməyə cəhd ediblər.
Etirazçılardan biri – 67 yaşlı kişi polisə müqavimət göstərmək və bədən xəsarətləri yetirməkdə ittiham olunaraq həbs edilib. Məlum olub ki, onun daha əvvəl də məhkumluğu olub.