EN

Dünya liderlərindən İstanbul danışıqlarına sərt reaksiya: “Moskva sülhdə maraqlı deyil”

Rusiya və Ukrayna arasında bu gün İstanbulda keçirilən sülh danışıqlarına dünya liderləri sərt reaksiya veriblər.

KONKRET.az xəbər verir ki, Böyük Britaniyanın müxalifət lideri Kir Starmer Ukraynaya tam dəstəyini ifadə edərək Rusiyanın danışıqlardakı mövqeyini qəbuledilməz adlandırıb. O bildirib ki, Vladimir Putin atəşkəsin əldə olunmasını süni şəkildə uzatmağa çalışır və London buna imkan verməyəcək.

Fransa Prezidenti Emmanuel Makron da Rusiyanı tənqid edərək bildirib ki, Moskva ABŞ, Ukrayna və Avropanın əsaslı tələblərini cavabsız qoyub. Onun sözlərinə görə, Kreml nə atəşkəslə bağlı cavab verib, nə də real razılaşmalarla nəticələnəcək görüşə razılıq bildirib.

Polşanın sabiq Baş naziri Donald Tusk isə Rusiya tərəfini danışıqları pozmaqda günahlandırıb. O qeyd edib ki, Kreml ABŞ-ın iştirakı ilə aparılacaq dialoqa razı olmayıb və yenidən qəbuledilməz şərtlər irəli sürüb.

İtaliya Baş naziri Corcia Meloni isə bəyan edib ki, artıq kiminsə sülh istədiyi, kiminsə isə istəmədiyi aydın görünür. O, atəşkəsin vacibliyini və Ukraynanın təhlükəsizliyinə təminatların verilməsinin zəruriliyini vurğulayıb.

Almaniya müxalifət lideri Fridrix Mers də Rusiyanı Ukrayna üzrə aparılan sülh danışıqlarında irəliləyişin olmamasında ittiham edib. O bildirib ki, təşəbbüsün iflasa uğramasının məsuliyyəti birbaşa Moskvanın üzərindədir.

Natiq Səlim
KONKRET.az

Chosen
0
29
konkret.az

10Sources