EN

Aİ lideriləri Ukrayna ilə danışıqlardan sonra Rusiyanı İTTİHAM ETDİLƏR: “Danışıqları pozur…”

Avropa liderləri İstanbulda Ukrayna ilə danışıqlardan sonra Rusiya tərəfini qınayıblar.

Bizim.Media xəbər verir ki, Böyük Britaniyanın baş naziri Key Starmer Rusiyanın danışıqlardakı mövqeyinin “qəbuledilməz” olduğunu bildirib və Putini atəşkəsi gecikdirməkdə ittiham edib.

Fransa Prezidenti Emmanuel Makron Rusiyanın ABŞ, Ukrayna və Avropanın atəşkəs tələblərinə məhəl qoymadığını bildirib. Polşanın baş naziri Donald Tusk Rusiyanı danışıqları pozmaqda ittiham edərək, Kremlin ABŞ-ın iştirakı ilə dialoq aparmaqdan imtina etdiyini və qəbuledilməz şərtlər irəli sürdüyünü vurğulayıb.

Meloni deyib ki, danışıqlardan sonra “əslində kimin sülhü istədiyi, kimin istəmədiyi bəlli oldu”. O, atəşkəs və Ukrayna üçün təhlükəsizlik təminatları verməyə çağırıb. Almaniya kansleri Merz həmçinin Rusiyanı danışıqları pozmaqda ittiham edib.

Bizim.Media

Chosen
0
50
bizim.media

10Sources