EN

YAP Samux rayon təşkilatınınərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib

YAP Samux rayon təşkilatının  Qarayeri qəsəbəsi   üzrə  ərazi  partiya təşkilatlarının hesabat-seçki yığıncağı keçirilib. Hesabat -seçki yığıncağı Qarayeri  1 saylı məktəb-liseydə təşkil olunub.

Yığıncaqda  ərazi partiya təşkilatlarının  ötən dövr ərzindəki fəaliyyəti barədə hesabat məruzələri dinlənilib.

Sonra yığıncaqda çıxış edən YAP Samux  rayon təşkilatının sədri Gündüz Bayramov Yeni Azərbaycan Partiyasının müasir müstəqil ölkəmizin inkişafındakı rolundan  bəhs edib. Vurğulanıb ki,   Ulu Öndər Heydər Əliyevin  ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edən Yeni Azərbaycan Partiyası bundan sonra da inamlı qələbələrə imza atacaq. Sədr qeyd edib ki, partiyanın irəli sürdüyü təşəbbüslər, qəbul etdiyi qərarlar Azərbaycan dövlətinin daha da güclənməsinə, xalqın rifahının yüksəlməsinə töhfələr verəcək.

Çıxış edən  partiya üzvləri Məftun Yusifov, Təriqət Ələsgərova,  Şahin Məmmədov, Mahirə Məmmədova, Təvəkgül Hüseyinli  müstəqil Azərbaycanın qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb, dövlətçilik strategiyasının ölkə başçısı, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıblar.

Sonda   Qarayeri qəsəbəsi üzrə ərazi  partiya təşkilatlarının hesabat dövrü ərzindəki fəaliyyətləri qənaətbəxş qiymətləndirib. 

2Sources