FIFA son dörd ildə gəlirini 6,5 milyard dollardan 13 milyard dollara qədər artırıb.
İndex.az xəbər verir ki, bu barədə qurumun prezidenti Canni İnfantino Asunsyonda təşkilatın 75-ci konqresində bildirib.
“Maliyyə haqqında danışarkən daha bir mövzunu xatırlatmaq lazımdır. 2019-2022-ci illər üçün büdcəyə baxsaq, bu, 6,5 milyard dollardır. 2026-cı ilə qədər olan cari dövr üçün gəlir büdcəsinə baxsaq, bu artıq 13 milyard dollardır. Son dörd illik dövrlə müqayisədə gəlirimizi iki dəfə artırmışıq, bu bizə müxtəlif proqramları həyata keçirməyə imkan verir. Məsələn, “Forward” proqramı son doqquz ildə genişlənib, yeddi dəfə artıb”, – İnfantino diqqətə çatdırıb.
O, daha sonra bunları söyləyib:
“İndi biz FIFA-nı inkişaf etdirdiyiniz üçün bütün dünyada futbolun inkişafına sərmayə qoya bilərik. Hazırda futbol ən güclü idman növlərindən biridir və məsələn, əyləncə sahəsində də öndədir. Bizim çoxlu tərəfdaşlarımız var, onların hamısı FIFA ilə əməkdaşlıq etməkdən qürur duyur, o getdikcə daha da güclənir. Niyə? Çünki idarəetmə sistemimiz, sərmayələrimiz, dünya iqtisadiyyatları və siyasətlə əlaqələrimiz sayəsində möhkəmlənir, biz hər kəslə danışırıq, hər bir assosiasiyaya vaxt ayırırıq”.