EN

ABŞ-dan etiraf:

ABŞ Türkiyədə Ukraynanın nizamlanması üzrə danışıqların nəticəsinə böyük ümid bəsləmir.

 

“Röyters” xəbər verir ki, bunu ABŞ Dövlət katibi Mark Rubio deyib

 

Onun fikrincə, Ukraynadakı münaqişənin nizamlanması üçün yeganə yol Rusiya və ABŞ prezidentləri – Vladimir Putin və Donald Tramp arasında birbaşa görüşün keçirilməsidir: "Bu mövzunun Tramp və Putin arasında birbaşa müzakirəsi olmadan irəliləyiş gözləmirəm".

 

Yeri gəlmişkən, bundan əvvəl Tramp da bildirib ki, Rusiya-Ukrayna münaqişəsinə dair danışıqlarda irəliləyiş yalnız onun Putinlə şəxsən görüşündən sonra mümkün olacaq.

 

Chosen
0
3
senzor.az

10Sources