BAKI, 15 may. TELEQRAF
Almaniyanın Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırdır və mayın 20-də Brüsseldə qəbul olunacaq.
Teleqraf xəbər verir ki, bu barədə Almaniya kansleri Fridrix Merts “ZDF” telekanalına müsahibəsində bildirib.
Almaniya lideri deyib: "Sanksiyalar paketi hazırdır və mayın 20-də Brüsseldə qəbul ediləcək. Məsləhətləşmələr başa çatıb. Sanksiyalar dərhal qüvvəyə minəcək”.