EN

Gədəbəydə könüllü qanvermə aksiyası keçirilib

Gədəbəy, 15 may, Vüsalə Cənnətova, AZƏRTAC

Gədəbəydə könüllü qanvermə aksiyası təşkil edilib.

AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, aksiya rayon icra hakimiyyətinin və “Respublika Qan Bankı” publik hüquqi şəxsin birgə təşkilatçılığı ilə Gədəbəy Rayon Mərkəzi Xəstəxanasında reallaşıb.

Həkim-hematoloqlar tərəfindən hər bir donorun sağlamlığı öncədən yoxlanılıb, hərtərəfli tibbi müayinədən sonra onlardan qan götürülüb. 60 nəfər rayon sakinindən tədarük olunan qan hemofiliyalı və talassemiyalı xəstələrin müalicəsində istifadə ediləcək.

Chosen
0
4
azertag.az

5Sources