EN

Mərkəzi Bank 2 banka icrası məcburi sərəncam verdi

Mərkəzi Bank “Azərbaycan Sənaye Bankı” ASC-yə icrası məcburi sərəncamın verilməsi barədə  və “Bank Avrasiya” ASC-yə icrası məcburi sərəncamın verilməsi barədə məlumatlar yayıb.

Qeyd edilib ki, “Azərbaycan Sənaye Bankı” ASC tərəfindən “Banklarda korporativ idarəetmə Standartları”nın 4.8-ci bəndinin tələbinin pozulmasına görə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 47.1-ci maddəsinin tələbləri rəhbər tutularaq, Mərkəzi Bank tərəfindən “Azərbaycan Sənaye Bankı” ASC-yə müvafiq pozuntu hallarının gələcəkdə təkrarlanmaması üçün daxili prosedurların təkmilləşdirilməsi ilə bağlı icrası məcburi sərəncam verilmişdir.

“Bank Avrasiya” ASC tərəfindən “Banklarda korporativ idarəetmə Standartları”nın 4.8-ci bəndinin tələbinin pozulmasına görə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 47.1-ci maddəsinin tələbləri rəhbər tutularaq, Mərkəzi Bank tərəfindən “Bank Avrasiya” ASC-yə müvafiq pozuntunun qısa müddətdə aradan qaldırılması və qeyd olunan halların gələcəkdə təkrarlanmaması üçün daxili prosedurların təkmilləşdirilməsi ilə bağlı icrası məcburi sərəncam verilmişdir.

 

Chosen
0
8
marja.az

10Sources