EN

Qətərin Baş naziri: İsrail atəşkəs sazişində maraqlı deyil

Qətərin

Qətərin Baş naziri Məhəmməd bin Əbdürrəhman Al Tani hesab edir ki, İsrail Qəzza zolağında atəşkəsə dair razılaşmanın əldə olunmasında maraqlı deyil.CNN telekanalına verdiyi müsahibədə baş nazir bildirib ki, İsrail “əslində danışıqlarda maraqlı olmadığını göstərən siqnal göndərir”.“Komandalarımız hər iki tərəflə əlaqə saxlayır. Ümid edirik ki, müəyyən irəliləyiş görəcəyik. Amma bu davranış davam etdiyi müddətdə yaxın vaxtlarda bunun mümkün olacağına əmin deyiləm”, – deyə Al Tani qeyd edib.O, həmçinin vurğulayıb ki, Qətər İsrail-Amerika vətəndaşı olan girov Edan Aleksanderin azad olunmasını “danışıqların düzgün məcraya qayıtmasına yardım edəcək bir irəliləyiş” kimi qiymətləndirib.“Amma təəssüf ki, İsrailin buna reaksiyası növbəti gün — nümayəndə heyətinin göndərildiyi vaxtda — bombardmanlar oldu”, – deyə baş nazir əlavə edib.“Əgər konstruktiv danışıqlar aparmaq istəyi yoxdursa, o zaman biz necə razılığa gələ bilərik? Axırda həll tərəflərin əlindədir”, – deyə Al Tani fikrini yekunlaşdırıb.Qeyd edək ki, çərşənbə axşamı İsrail nümayəndə heyəti və ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Uitkoff Qətər və Misir vasitəçiləri ilə birbaşa, HƏMAS-la isə dolayı yolla atəşkəs və girovların azad olunması barədə yeni razılaşmanın əldə olunması məqsədilə Dohaya səfər edib.✍️"Ulusum".az

Diqqət Çəkənlər

Saakaşviliyə Ukraynanın agenti statusu verildi

Xaçmazda faciə: Avtomobil məktəblini vuraraq öldürüb

Fransa naziri: “Rusiyanı boğazından tutacağıq” – Sanksiya ilə!

Chosen
0
3
ulusum.az

10Sources