EN

İlham Əliyev FHN-in 20 illik yubiley medalının təsis olunmasını təsdiqlədi

“Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilib.

Editor.az  President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.

Dəyişiklik “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 20 illiyi (2005-2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədardır.

Yeni qanunla “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 20 illiyi (2005-2025)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə” və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 20 illiyi (2005-2025)” Azərbaycan Respublikasının yubiley medalının təsviri” təsdiq edilib.

Chosen
0
44
editor.az

10Sources