EN

Türkiyədən Qırğızıstana aprel ayında avtomobil ixracı artıb (ÖZƏL)

Bakı, TurkicWorld

Türkiyə 2025-cü ilin aprel ayında Qırğızıstana avtomobil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 42,4 faiz artaraq, 3 milyon 186 min 87 dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – aprel aylarında Türkiyədən Qırğızıstana avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 24,3 faiz azalaraq, 10 milyon 286 min 95 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-aprel aylarında Türkiyənin avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,5 faiz artaraq, 12 milyard 635 milyon 489 min dollara bərabər olub.

“Bu ilin aprel ayında Türkiyə 3 milyard 145 milyon 722 min dollar məbləğində avtomobil ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 14,8 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (aprel 2024-aprel 2025) Türkiyə 37 milyard 970 milyon 141 min dollar məbləğində avtomobil ixrac edib.

Chosen
0
30
turkic.world

10Sources