EN

89 cinayətin üstü açılıb - 47 nəfər saxlanılıb

 Mayın 14-də ölkə ərazisində qeydə alınan 89 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

DİN-in Mətbuat Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 125, o cümlədən borclu şəxs qismində axtarışda olan 94 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 25, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 15 fakt müəyyən edilib.

 Cinayət törətməkdə şübhəli bilinən 47 nəfər saxlanılıb.

Chosen
0
49
ucnoqta.az

10Sources