Türkiyənin Sinop şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) Sosial və humanitar siyasət komitəsinin iclası keçirilib.
Tədbirdə quruma üzv ölkələrin nümayəndə heyətlərinin təmsilçiləri iştirak ediblər.
Azərbaycan parlamentini yığıncaqda Milli Məclisin Əmək və sosial siyasət komitəsinin, habeləQDİƏT PM-in Sosial və humanitar siyasət komitəsinin sədri Musa Quliyev və deputat Səbinə Salmanova təmsil ediblər.