"Putin çətin vəziyyətə düşüb. Çünki, onu İstanbulda yalnız Zelenski gözləməyəcək".
Musavat.com bildirir ki, bu barədə politoloq Elxan Şahinoğlu deyib.
Politoloqun fikrincə, Kreml sahibinin dostları Türkiyə və ABŞ Prezidentləri Rəcəb Təyyub Ərdoğanla Donald Tramp da Putini İstanbulda görmək istəyirlər:
"Tramp hətta ərəb ölkələrinə səfərini korrektə edərək 15 mayda İstanbula gəlməyə hazırdır. Putin İstanbula gələrsə, liderlərin dördlü görüşünü keçirmək mümkündür. Putinin Ərdoğana və Trampa isti münasibəti var. Ona görə, Putinin mətbuat katibi Dmitri Peksov Prezidentin İstanbula getməyəcəyini, Rusiyanı danışıqlarda başqalarının təmsil edəcəyini bildirsə də, fikrimcə, Kreml sahibi hələ son qərarı verməyib. Ukrayna ilə yanaşı Rusiyanın da itkilərlə müşahidə edilən və yorğun düşdüyü müharibədə uzunmüddətli atəşkəs elan etmək üçün İstanbul yaxşı fürsətdir. Kreml sahibi şəxsən İstanbula gələrsə, atəşkəslə yanaşı Ərdoğana çoxdan vəd etdiyi Türkiyə səfərini reallaşdıracaq və çoxdan arzuladığı Trampla görüşəcək".
Xalidə Gəray
Musavat.com