EN

Terrorsuz Türkiyə yolunda yeni bir səhifə açırıq - Ərdoğan

BAKI, TurkicWorld

PKK terror təşkilatının özünü ləğv etməsi ilə Türkiyənin terrordan tamamilə azad gələcəyi üçün yeni bir səhifə açılıb.

TurkicWorld xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan, Türkiyə Böyük Millət Məclisində (TBMM) partiyasının qrup toplantısında çıxış edərək, terrorla mübarizə sahəsində tarixi bir dönüş nöqtəsinə işarə edib.

"Bu, sadəcə təhlükəsizlik baxımından deyil, eyni zamanda milli birlik və bərabərliyimizin daha da güclənməsi baxımından da əhəmiyyətlidir" – deyə Ərdoğan qeyd edib.

O, həmçinin bu prosesdə verdiyi dəstəyə görə Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeliyə və DEM partiyasına təşəkkür edib.

Tədbir zamanı Prezident ölkədə sabitliyin qorunması, təhlükəsizlik qüvvələrinin mübarizəsi və milli həmrəyliyin vacibliyini vurğulayıb.

O, həmçinin siyasi iradənin terrora qarşı mübarizədə qətiyyətlə davam edəcəyini bildirib.

Qeyd edək ki, 12 may tarixində PKK-nın özünü ləğv etdiyi və silahı yerə qoyduğunu açıqlaması beynəlxalq ictimaiyyətdə geniş rezonans doğurub. Bu qərar təşkilatın fəaliyyətinə son qoyacağına dair ilk rəsmi bəyanat kimi qiymətləndirilib

Chosen
0
10
turkic.world

10Sources