EN

Qızıl yenidən ucuzlaşıb

Qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti  0,61% azalaraq 3 228 ABŞ dolları olub.

COMEX-də gümüşün bir unsiyası üzrə iyul fyuçerslərinin qiyməti də 1,06% azalaraq 32,75 ABŞ dolları olub.

Hesabat dövründə Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 14,7 % artaraq 771,9 milyon ABŞ dolları təşkil edib.

Azərbaycanda qızıl hasilatı hazırda iki şirkət tərəfindən həyata keçirilir. O cümlədən, 1997-ci il avqustun 21-də Azərbaycan 6 yatağın işlənməsini nəzərdə tutan müqavilə imzalayıb. Müqavilədə Azərbaycanın payı 51%, Anglo Asian Mining PLC - 49% təşkil edir. Hazırda Anglo Asian Mining PLC Azərbaycanda 8 müqavilə sahəsinin işlənməsi hüququna malikdir.

Aytac

Chosen
0
12
anews.az

10Sources