EN

Neftçalada 18 min dəyərində naqil oğurlanıb

Neftçalada kommunikasiya naqilləri oğurlayan iki nəfər saxlanılıb. SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupu məlumat yayıb.

Məlumatda bildirilib ki, Neftçala Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində rabitə dirəklərindən kommunikasiya naqilləri oğurlayan Yavər Əskərov və Rahim Qasımov saxlanılıblar.

Adıçəkilən şəxslərin rabitə dirəklərindən 18 min manat dəyərində 4 995 metr kommunikasiya naqillərini kəsərək əlvan metalların qəbulu məntəqələrindən birinə satdıqları müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb, Y.Əskərov və R.Qasımov barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırma aparılır.

Chosen
0
18
sia.az

10Sources