EN

Sabah hava yağıntılı olacaq

Bakıda və Abşeron yarımadasında mayın 14-də səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Şimal-qərb küləyi səhər arabir güclənəcək.

Havanın temperaturu gecə 14-18° isti, gündüz 18-20° isti olacaq. Atmosfer təzyiqi 750 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 60-65 % olacaq.

“Cebheinfo.az”

Chosen
0
49
cebheinfo.az

10Sources