EN

Ermənistanı Kremlin qanadı altına qayıdır?

Mayın 9-da keçirilən parad göstərdi ki, Paşinyan və komandası, o cümlədən Trampın seçilməsindən və Qərbin dəstəyinin olmamasını dərk etdikdən sonra Ermənistanı Kremlin qanadı altına qaytarmaq qərarına gəliblər.

Erməni ictimaiyyətində “Avropa inkişaf vektoru”nun perspektivlərinin itirilməsi ilə bağlı giley-güzar səslənir.Paşinyan Moskvada “Köçəryanlar-Sarkisyanlar” və onların klonlarından daha yaxşı Rusiyanın maraqlarına xidmət edəcəyini sübut etməyə çalışıb.Kremlin, əvvəlki yazımda təklif etdiyim kimi, Vardanyanı “həbsxana əzabkeşi” obrazında seçkiqabağı Ermənistanın siyasi meydanına qaytarmaq niyyəti təkcə Bakının deyil, həm də Paşinyanın maraqlarına ziddir.Kremlin uzunmüddətli maraqlarını təmin etmək üçün Ermənistanın bütün seçki platformalarında oynamağa davam edəcəyi gözlənilir.Onu da nəzərə almaq lazımdır ki, Rusiya-Azərbaycan münasibətlərində yaranmış problemlər fonunda ermənipərəst, antiazərbaycan siyasi ritorika tendensiyası güclənəcək.

Chosen
0
3
anspress.com

4Sources