EN

Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalı alıb - AÇIQLAMA

Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalı ilə təltif edilib.

Ölkə.Az xəbər verir ki, bu barədə Nigar Rəhimova özünün instaqram səhifəsində paylaşım edib.

Sosial şəbəkə istifadəçiləri müğənninin bu medalla təltif edilməsini birmənalı qarşılamayıb və onu qınaq hədəfinə çevirib. Müğənni bundan sonra həmin paylaşımı silib.

Musavat.com məsələ ilə bağlı müğəninin özü ilə əlaqə saxlamağa çalışıb. Nigar Rəhimovanın rəsmi instaqram səhifəsində yerləşdirilən əlaqə nömrəsinə köməkçisi olduğunu deyən bir xanım cavab verib.

Həmin xanım ona zəng edən şəxsin jurnalist olduğunu biləndə hansı mövzu ilə bağlı əlaqə saxlanıldığını başa düşüb və açıqlama verib:

“Sosial şəbəkələrdə Nigar xanım haqqında artıq-əskik sözlər yazanlar, onun şərəf və ləyaqətini aşağılayanlar qanun qarşısında cavab verəcək”.

Vəsiqənin həqiqətən verilib-verilməməsi ilə bağlı suala isə Nigar Rəhimovanın köməkçisi belə cavab verib: “Xanım özü dövlətin qulluğunda xidmətindədir. Hər halda dövlətimiz necə qərar veribsə, elə də addım atılıb. Əlavə suala cavab vermək istəmirik”.

"Vətən müharibəsi iştirakçısı" medalı kimlərə verilir?

Bu medalla Vətən müharibəsində iştirak etmiş, aparılan döyüş əməliyyatlarının uğurla nəticələnməsinə töhfə vermiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları və mülki işçiləri, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) ön cəbhədə fədakarlıq göstərmiş əməkdaşları və mülki işçiləri təltif edilir.

Chosen
0
14
olke.az

10Sources