EN

ABŞ Çindən gələn mallar üçün faktiki rüsum həcmini açıqlayıb

Hazırda ABŞ-nin Çindən gələn məhsullar üçün gömrük rüsumlarının səviyyəsi təxminən 50 % təşkil edir.

FED.az xəbər verir ki, bu barədə ABŞ-nin ticarət danışıqlarındakı nümayəndəsi Ceymison Qrir “Fox News” telekanalına müsahibəsində bildirib.

“ABŞ Prezidenti Donald Tramp bütün seçki kampaniyası boyunca bəyan edirdi ki, bütün dünya üzrə 10 % rüsum və Çin üçün daha yüksək, təxminən 50-60 % tariflərin tətbiq olunmasını istəyir. Ümumiyyətlə, hazırda Çin üçün rüsumlar 50 %, dünya üzrə isə 10% təşkil edir”, – Qrir söyləyib.

Qrir izah edib ki, Vaşinqtonun Pekinlə Cenevrədə əldə etdiyi razılaşmalar ölkələr arasında ticarət münaqişəsinin kəskinləşməsindən əvvəl tətbiq edilmiş bir sıra rüsumlara toxunmur, o həmçinin qeyd edib ki, saziş çərçivəsində Çin ABŞ-yə bir sıra malların, o cümlədən nadir torpaq metallarının ixracına qoyulan məhdudiyyətləri aradan qaldırmağa razılaşıb.

Biz elə bir məqama çatdıq ki, Çin tərəfi ilə mövqelərimizi yaxınlaşdırmaq bizim üçün zəruri oldu, buna görə də biz buna nail olmaq üçün bu qədər səy göstərdik. Keçən həftəsonu son dərəcə praqmatik nəticəyə gətirib çıxardı”, – o əlavə edib. (Report)

Chosen
0
2
fed.az

10Sources