EN

SON DƏQİQƏ! Macarıstan tankları Ukrayna sərhədinə doğru irəliləyir – VİDEO

Macarıstan tankları və ağır zirehli texnikası Ukrayna sərhədinə yaxın əsas şəhərlərdən keçərkən müşahidə edilib.

Musavat.com xəbər verir ki, hərbi kolonların hərəkəti xüsusilə Nyíregyháza, Debrecen və Mátészalka istiqamətlərində qeydə alınıb.

Rəsmi Budapeşt hələlik hərbi texnikanın yerdəyişməsi ilə bağlı heç bir açıqlama verməyib. Hərbi fəallığın fonunda bölgədə gərginliyin artdığı bildirilir.

Toğrul İSMAYIL,
Musavat.com

Chosen
0
50
musavat.com

10Sources