Azərbaycan millisinin üzvü Zamiq Əliyevin formasını geyindiyi “Eqnatiya” Albaniya çempionu olub.
Sportal.az xəbər verir ki, pley-off mərhələsinin həlledici görüşündə “Vlajniya” ilə qarşılaşan "Eqnatiya" 4:0 hesablı qələbə qazanaraq ölkə çempionu olub. Zamiq də bu oyunda iştirak edib. O, meydana start heyətdə çıxıb və sonadək oynayıb.
Qeyd edək ki, Zamiq Albaniya təmsilçisinin heyətinə bu mövsümün əvvəlində qoşulub.
saytlarin hazirlanmasi