EN

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.

 

Sfera.az bildirir ki, Ukrayna İctimai Sağlamlıq Mərkəzinin verdiyi açıqlamada Kiyevdə hepatit A xəstəliyinin yayıldığını bildirib. Bu günə olan məlumata görə, 15-i uşaq olmaqla 25 nəfər xəstəxanaya yerləşdirilib.


"Epidemioloji araşdırmalar davam etdirilir, infeksiyanın yayılmasına səbəb olan amillər və mümkün infeksiya mənbəyi müəyyən edilir. Fəaliyyət sahələri üzrə bütün məsul şöbələr buna cəlb olunub" - deyə İctimai Səhiyyə Mərkəzindən bildirilib.


Hepatit A, çirklənmiş qida və ya su istehlakı ilə ötürülən qaraciyərin kəskin yoluxucu xəstəliyidir. Virus 5 dəqiqə qaynanmış suda ölür. Quru mühitdə otaq temperaturunda bir həftə, suda - 3 aydan 10 aya qədər, nəcisdə - 30 günə qədər bütöv qalır.


Virusun inkubasiya dövrü adətən 14-28 gün davam edir. Ümumi simptomlara aşağıdakılar daxildir:

ümumi zəiflik və yorğunluq;
bədən istiliyində artım;
iştahsızlıq;
ishal;
qusma;
qarın içərisində narahatlıq;
sağ hipokondriyumda ağırlıq;
sidiyin qaralması (qəhvəyi rəngə qədər);
skleranın və dərinin saralması.

 

Aynil

Chosen
0
1
sfera.az

2Sources