
İyun ayının qeyri-iş günləri açıqlanıb.6-7 iyun Qurban bayramı, 15 iyun Milli Qurtuluş Günü, 26 iyun isə Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür.Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq, iyunun 7-si şənbə gününə təsadüf etdiyindən beşgünlük iş həftəsində iyunun 9-u qeyri-iş günü hesab ediləcək. Beləliklə, Qurban bayramı ilə əlaqədar ardıcıl olaraq 6,7,8 və 9 iyunda iş olmayacaq.15 iyun Milli Qurtuluş Günü bazar gününə təsadüf etdiyindən beşgünlük iş həftəsində 16 iyun iş olmayacaq.İyunun 26-da Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü qeyri-iş günü olur. Belə ki, həftəsonları da daxil olmaqla, iyunda 13 gün qeyri-iş günü olacaq.✍️"Ulusum".az
Diqqət Çəkənlər
Ağdamda yeni nəqliyyat kompleksi – Böyük Qayıdışa güclü dəstək
Azərbaycanda Çin Dili Sürətlə Yayılır – Orta Məktəblərdə Tədris Olunacaqmı?
Naxçıvanda külli miqdarda dollar oğurlandı: Polis cinayəti açdı