Görülən məqsədyönlü tədbirlər nəticəsində son aylarda Azərbaycanda qızılca halları yalnız sporadik (tək-tək) şəkildə qeydə alınır.
Heftelik.az-ın xəbərinə görə, bu barədə Report-a Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən (GEM) məlumat verilib.
Qeyd olunub ki, ölkədə infeksion xəstəliklər üzrə epidemioloji vəziyyət ümumilikdə sabitdir:
“Mövsüm dəyişikliyi ilə əlaqədar bəzi respirator xəstəliklərin artımı müşahidə olunsa da, bu, gözlənilən və nəzarət altında olan bir haldır”.
Məlumata görə, qızılca xəstəliyinə qarşı profilaktik tədbirlər davam etdirilir:
“Hazırda ölkədə kifayət qədər peyvənd ehtiyatı mövcuddur və müalicə-profilaktika müəssisələrində peyvəndləmə işləri planlı şəkildə aparılır”.