Göyçayda kişi bədbəxt hadisə nəticəsində ölüb.
Tribunainfo.az xəbər verir ki, 1975-ci il təvəllüdlü Bığır kənd sakini Şirinov Müşfiq Kamal oğlu ağacdan alça yığarkən ehtiyatsızlıqdan yıxılıb.
O, almış olduğu xəsarətlər nəticəsində hadisə yerində ölüb.
Faktla bağlı Göyçay rayon prokurorluğunda araşdırma aparılır.