EN

Xalq artisti “Lamborghini”ni 300-lə sürdü - VİDEO

Xalq artisti Yusif Eyvazov Almaniyada saatda 300 km sürətlə “Lamborghini” idarə edib.

 

Pravda.az “Qafqazinfo”a istinadən xəbər verir ki, o bu barədə instaqram hesabında paylaşım edib.

 

Sənətçi paylaşımında yazıb: “Almaniyadakı yolları sevirəm, çünki sürət limiti olmayan yerlər var. “Lamborghini” möhtəşəmdir, amma marketə ərzaq almaq üçün getməyə yaramır. Demək olar ki, saatda 300 km sürətə çatdım”.

 

Qeyd edək ki, Y. Eyvazov 2023-cü ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktorudur.

 

Sözügedən görüntüləri təqdim edirik:

 

Tarix: 12 May 2025, 15:10   
Chosen
0
14
pravda.az

10Sources