EN

Səhiyyə Nazirliyi Azərbaycanda qızılcaya dair məlumat yaydı

Qızılca xəstəliyinə qarşı profilaktik tədbirlər davam etdirilir.

Görülən məqsədyönlü tədbirlər nəticəsində son aylarda Azərbaycanda qızılca halları yalnız sporadik (tək-tək) şəkildə qeydə alınır.

XəzərNews.az xəbər verir ki, bu barədə Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (GEM) məlumat yayıb.

Ölkədə infeksion xəstəliklər üzrə epidemioloji vəziyyət ümumilikdə sabitdir:

"Mövsüm dəyişikliyi ilə əlaqədar bəzi respirator xəstəliklərin artımı müşahidə olunsa da, bu, gözlənilən və nəzarət altında olan bir haldır".

Qızılca xəstəliyinə qarşı profilaktik tədbirlər davam etdirilir:

"Hazırda ölkədə kifayət qədər peyvənd ehtiyatı mövcuddur və müalicə-profilaktika müəssisələrində peyvəndləmə işləri planlı şəkildə aparılır".

Xəbər 4 dəfə oxunub.
Chosen
0
20
xezernews.az

10Sources