EN

Anar Nağılbazın xanımı illər sonra: “Oğlumun üstünə gedirlər” – VİDEO

Mərhum reper Anar Nağılbazın xanımı Anjelika Cəbiyeva illər sonra açıqlama verib. 

Bizim.Media xəbər verir ki, o, “Tarixin bir günü” verilişinə çıxıb. 

Anjelika deyib ki, oğlu Tamerlanla bağlı paylaşımlardan narahatdır:
 

“Tamerlanın 17 yaşı olduğu üçün daha çox onun üstünə gedirlər. Necə ki, Anarın üstünə getdilər, yazılar yazdılar, qaralamağa çalışdılar, o videonun heç bir əsası olmadığı halda paylaşdılar. İndi də keçiblər övladıma...  


Sosial şəbəkələrdə ona yazırlar, psixologiyası ilə oynayırlar. Atasının mahnısını ifa etdi, hazırda özü də oxuyur, yazır. O da ev şəraitində həvəskar kimi oxuyur. Özü üçün videolar çəkib, sosial şəbəkələrdə paylaşır, bundan sonra başlayıb. Yenidən başladılar. Fikirləşdim ki, illər keçib, unudulub, bitib. Görürəm ki, bitməyib, övladlarıma keçir”.


Sara, Bizim.Media

Chosen
0
48
bizim.media

10Sources