EN

Azərbaycan və Bəhreyn arasında əməkdaşlıq imkanları araşdırılır - FOTO

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bəhreyn Krallığının xarici işlər naziri Əbdüllətif bin Rəşid Əlzəyani ilə görüşüb.
 
Moderator.az xəbər verir ki, Xarici İşlər Nazirliyi məlumat yayıb.
 
Məlumatda bildirilib ki, nazirlər görüşdə ikitərəfli münasibətlərin cari vəziyyətini nəzərdən keçirib və müzakirə edib, iki ölkə arasında gələcək əməkdaşlıq imkanlarını araşdırıblar.
 
Müzakirələr siyasi dialoq, ticarət və iqtisadi əməkdaşlıq və humanitar təşəbbüslər daxil olmaqla geniş sahələri əhatə edib.
 
Hər iki tərəf yüksək səviyyəli qarşılıqlı səfərlər, müntəzəm siyasi məsləhətləşmələr və strukturlaşdırılmış iqtisadi əməkdaşlıq mexanizminin yaradılması vasitəsilə qarşılıqlı əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıb.
 
Nazirlər BMT, İƏT, QH və AİTF kimi regional və beynəlxalq platformalarda qarşılıqlı dəstək və həmrəyliyin davam etdirilməsinə sadiqliklərini bir daha təsdiq ediblər.
 
C. Bayramov həmçinin Bəhreynli həmkarına regionda münaqişədən sonrakı yenidənqurma və reabilitasiya işlərində, o cümlədən minatəmizləmə əməliyyatlarında və davamlı sülhün qurulmasına yönəlmiş səylərdə əldə edilən irəliləyiş barədə məlumat verib.
 
Chosen
0
7
moderator.az

10Sources