Təbrizin “Traktor” komandasının İran çempionu olması ilə bağlı mərasim mayın 16-da Təbrizin “Yadigari İmam” (Səhənd) stadionunda keçiriləcək.
KONKRET.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Məlumata görə, yerli vaxtla saat 17-19 arası keçiriləcək mərasimdə çempionluq kuboku Təbriz təmsilçisinə təqdim ediləcək.
Qeyd edək ki, bu, “Traktor” komandasının tarixində ilk çempionluğudur.