1941-ci ildə Argentinaya qaçaqmalçılıq yolu ilə gətirilən nasist təbliğatı və digər sənədlərin olduğu qutular ölkənin Ali Məhkəməsinin binasında təsadüfən aşkar edilib.
Herbiand.az bildirir ki, bu barədə “La Nacion” qəzeti məlumat yayıb.
Binada planlaşdırılan təmir işləri ilə əlaqədar köçməyə hazırlaşarkən işçilər qutulara rast gəliblər. Qutunun içindən nasist təbliğat materialları və pasportlar tapılıb.
Hakim Orasio Rosatti tapılan sənədlərin araşdırılmasına göstəriş verib. Onun fikrincə, bu tapıntı nasistlərin Argentinadakı fəaliyyətinə aydınlıq gətirə bilər.
Məhkəmədə müəyyən edilib ki, qutular Almaniyanın Yaponiyadakı səfirliyi tərəfindən Argentinaya göndərilən göndərişin bir hissəsi olaraq 20 iyun 1941-ci ildə ölkəyə çatdırılıb.
Bəxtiyar CƏFƏRLİ