EN

Hansı avtomobil göstərilmiş ox istiqamətləri üzrə hərəkət edə bilər? - DOĞRU CAVAB

Avtosfer.az saytı ötən həftənin sualının doğru cavabını və qalib olmuş oxucunun adını təqdim edir. Sual belədir:

Hansı avtomobil göstərilmiş ox istiqamətləri üzrə hərəkət edə bilər?

1) Hər üçü

2) Yaşıl avtomobil

3) Sarı avtomobil

4) Göy avtomobil

5) Göy və sarı avtomobil

Düzgüncavab: 5) Göy və sarı avtomobil

İzahı: Yolayrıcından əvvəl quraşdırılmış düzünə məcburi hərəkət istiqaməti nişanı yaşıl avtomobilin sola parklanma yerinə girməsini qadağan edir.

Yolayrıcından əvvəl quraşdırılan, yəni bitişik ərazilər üçün nəzərdə tutulan məcburi hərəkət istiqaməti nişanı yolayrıcında qüvvəsini itirir. Bu səbəbdən göy və sarı rəngli avtomobillər sağa və sola rahatlıqla hərəkət edə bilərlər.

Təəssüf ki, bu dəfəki sualın doğru cavabını tapa bilən oxucu olmadı.

Chosen
0
avtosfer.az

1Sources