EN

Naxçıvanda vergi daxilolmaları 23 faizə yaxın artdı

BAKI, 12 may. TELEQRAF

Bu ilin yanvar-aprel aylarında Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 77,3 milyon manatdan çox vergi daxil olub.

Dövlət Vergi Xidmətindən Teleqraf-a verilən məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 22,8 faiz və ya 14,4 milyon manat çoxdur.

Bundan başqa, qeyri-dövlət sektorundan daxilolmalar 52,3 milyon manat təşkil edib. 2024-cü ilin müvafiq dövrünə nisbətən bu sektordan vergi daxilolmaları 11,8 milyon manat və ya 29,1 faiz çox olub.

Ödənilən vergilərin 67,7 faizi qeyri-dövlət sektorunun, 32,3 faizi isə dövlət sektorunun payına düşüb.

Chosen
0
10
teleqraf.com

10Sources