EN

Ət bişirərkən bunlara diqqət edin

Ətin doğru bişirmə texnikaları ilə marinad edilməsi ləzzəti artırır və həzm prosesini asanlaşdırır. Yağsız və ya az yağlı ət seçərək, kalori nəzarətini asanlıqla təmin etmək mümkündür. Əti doğru bişirmək həm ləzzət, həm də sağlamlıq baxımından əhəmiyyətlidir. Ətin daxili temperaturunun kifayət qədər yüksək olması, zərərli mikroorqanizmlərin məhv edilməsi üçün vacibdir. 

 

Pravda.az bildirir ki, qızartma kimi yüksək temperaturda bişirmə üsulları əvəzinə, qaynadılma, buxarda bişirmə və ya sobada bişirmə üsulları istifadə edilə bilər.

 

Ətin yanlış bişirilməsi sağlamlığınızı necə təsir edir?

 

Ətin yanlış bişirilməsi insan sağlamlığını mənfi şəkildə təsir edə bilər və ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Yetərincə bişirilməyən ət, Salmonella, E. coli kimi bakteriyaların canlı qalmasına səbəb olaraq, qida zəhərlənməsinə yol aça bilər.

 

Ət yüksək temperaturda, xüsusilə birbaşa odla bişirilərkən, heterosiklik aminlər (HCA) və polisiklik aromatik hidrokarbonlar (PAH) kimi karsinojen maddələrin əmələ gəlməsinə səbəb olur. Eyni zamanda, vitamin və mineral itkisi də baş verə bilər.

 

Qida zəhərlənməsi riski

 

Qida yanlış texnikalarla bişirildikdə, ət içində bakteriyaların inkişaf etməsi və qida zəhərlənməsi riski yaranır. Az bişmiş qırmızı ət, toyuq və ya qiymə, E. coli, Salmonella və Staphylococcus Aureus kimi bakteriyaları saxlayabilir. Bu mikroorqanizmlər, ürəkbulanma, qusma, ishal, yüksək temperatur kimi zəhərlənmə simptomlarına səbəb ola bilər.

 

Xüsusilə uşaqlar, yaşlılar və immun sistemi zəif olan fərdlər üçün bu vəziyyət həyati təhlükə yarada bilər. Bu qidaları bişirərkən, ətin daxili temperaturu kifayət qədər yüksək olmalı və minimum 70 dərəcədə olmalıdır. Bu şəkildə bakteriyalar təsirsiz hala gətirilir və təhlükəsiz şəkildə istehlak edilə bilər.

 

Xərçəng yarada bilən maddələrin əmələ gəlməsi

 

Ət yüksək temperaturda birbaşa odla və ya manqalda bişirilərkən bəzi zərərli kimyəvi maddələr meydana çıxa bilər. Uzun müddətli və davamlı istehlakın, bəzi xərçəng növlərinə səbəb olmasına yol açdığına dair elmi araşdırmalar mövcuddur. Ətin bişirilmə prosesində bu riskləri azaltmaq üçün onu yanmamaq, bişirmə vaxtını düzgün tənzimləmək və sobada ya da buxarda bişirmə üsullarını seçmək daha yaxşıdır.

 

Qida dəyəri və vitamin itkisi

 

Ətin yanlış texnikalarla bişirilməsi, içindəki qiymətli qidaların və vitaminlərin itirilməsinə səbəb ola bilər. B1, B6, B12 kimi B qrupu vitaminləri və dəmir, uzun müddətli və ya yüksək temperaturda bişirildikdə azalır. Bu, sağlam qidalanmanı çətinləşdirə bilər.

 

Qızartma və manqalda bişirmə üsullarını minimuma endirmək, vitaminlərin parçalanmasını önləyə bilər. Qaynatma üsulunda isə vitaminlər suya keçir və qida dəyəri azalır.

 

Sağlam qidalanma üçün əti düzgün temperaturda, balanslı vaxtlarla və düzgün üsullarla bişirmək vacibdir.

 

Sağlamlıq üçün ən yaxşı ət bişirmə üsulları hansılardır?

 

Sağlamlıq baxımından ən yaxşı ət bişirmə üsulları qida dəyərinin qorunmasını təmin edən və zərərli maddələrin əmələ gəlməsini minimuma endirən metodlardır. Bu üsullardan bəziləri bunlardır:

 

Qaynatma

 

Buxarda bişirmə

 

Sobada bişirmə

 

İzgarada bişirmə

 

Sağlam qida istehlakını təmin etmək üçün ətin yaxşı marinad edilməsi, duz və yağ miqdarının nəzarətə alınması da önəmlidir. Əti çox bişirməkdən qaçmaq lazımdır.

 

İzgara üsulu ilə sağlam bişirmə

 

İzgarada bişirərkən ətin birbaşa alovla təmas etməməsi lazımdır. Bu təmas zamanı ətin səthində zərərli maddələr əmələ gələ bilər.

 

Xərçəng əmələ gətirən maddələrlə bağlı bəzi risklər yarana bilir. Bu riskləri minimuma endirmək üçün, əti uzaqdan bişirmək, qısa müddətə izgara etmək ən doğru yanaşma kimi qəbul edilə bilər.

 

Buxarda və qaynatma ilə vitaminləri qoruma

 

Buxarda və ya qaynatma ilə bişirmə, ətin vitamin və mineral tərkibini mümkün qədər qorumaq baxımından sağlamdır. Buxarda bişirmə, xüsusilə suya həll olan B qrupu vitaminlərinin itirilməsini azaldır.

 

Qaynatma ətin birbaşa su ilə təmasda olduğu bir üsuldur. Uzun müddət qaynadıldıqda vitaminlərin bəziləri suya keçir.

 

Qaynatma suyunu şorba kimi istifadə etmək, qida dəyərini itirmədən istifadəyə imkan yaradır. Bununla yanaşı, həzm prosesini asanlaşdıraraq, istehlakı da rahatlaşdırır.

 

Sobada aşağı temperaturda bişirmənin üstünlükləri

 

Sobada aşağı temperaturda bişirmə, həm ləzzət, həm də sağlamlıq baxımından bir çox üstünlük təqdim edir. Bu üsul ilə ət yavaş-yavaş bişir və beləliklə, yüksək temperaturda bişirmə zamanı yaranan xərçəng əmələ gətirən maddələrin riskini minimuma endirir.

 

Əti doğru və sağlam bişirməyin incəlikləri

 

Sağlam bişirmə metodlarında ətin təzə və etibarlı mənbədən alınması vacibdir. Marinad edilməsi, əti yumşaldır və eyni zamanda, limon suyu və sirkə kimi asidik tərkibli maddələr vasitəsilə zərərli maddələrin yaranmasının qarşısını alır.

 

Bişirərkən yanmış səthlərdən qaçınmaq lazımdır. Buxarda, qaynama, sobada və ya izgarada aşağı istiliklərdə bişirmə üsulları, sağlam qidalanma üçün daha faydalıdır.

 

Əti marinad etmənin sağlamlığa faydaları

 

Marinad etmə prosesində istifadə olunan maddələr, ətin liflərini yumşaldır və daha asan bişməsini təmin edir. Bu, mədə və bağırsaqda yaranan həzm problemlərini azaldır.

 

Bəzi ədviyyatlar, güclü antioksidan tərkibləri ilə immun sistemini gücləndirir və eyni zamanda, iltihab əleyhinə təsir göstərir.

 

Bişirmə temperaturu və müddəti necə olmalıdır?

 

Ətin sağlam və ləzzətli bişməsi üçün doğru temperatur və müddət çox vacibdir. Çox yüksək temperaturda bişirilən əti, xarici hissəsi yanmış olsa da, içi çiy qalır. Bu həm ləzzəti azaldır, həm də zərərli mikroorqanizmlərin yaşamasına səbəb olur.

 

Bişirmə temperaturu qırmızı ət üçün ümumiyyətlə 65-70 dərəcəyə çatanda, 30 dəqiqə ilə 1,5 saat arasında bişirildikdə sağlam şəkildə istehlak edilə bilər. Toyuq və hinduşka kimi ağ ətlər üçün temperatur ən az 74 dərəcə olmalı və bişirmə müddəti 20 ilə 30 dəqiqə arasında olmalıdır.

 

Yağ istifadəsini azaltmağın sağlamlıq baxımından əhəmiyyəti

 

Yağ istifadəsinin azaldılması, həm kalori qəbulunu azaldır, həm də ürək-damar sağlamlığını qorumaq baxımından faydalıdır. Xüsusilə doymuş yağları yüksək olan quyruq yağı kimi yağlar tez-tez istifadə edildikdə, xolesterol nəzarətini çətinləşdirir və uzun müddətdə damar tıxanmasına səbəb ola bilər.

 

Sağlam şəkildə ət istehlak etmək üçün bişirmə qaydalarına diqqət yetirilməlidir.

 

Ət bişirərkən edilən geniş yayılmış sağlamlıq səhvləri

 

Ən çox edilən səhvlərdən biri əti çox yüksək istilikdə tez bişirməkdir. Bu metod ətin xarici hissəsinin yanmasına və daxili hissəsinin çiy qalmasına səbəb olur, nəticədə yanmış səthdə karsinojen maddələr yığıla bilir. Əti bişirmədən əvvəl soyuq şəkildə tavaya və ya izgaraya qoymaq da geniş yayılmış səhvlərdən biridir.

 

Soyuq ət, daha gec bişirildiyi üçün bərabər bişmə baş vermir və bakteriyalar sağ qalır. Əti daima çevirərək bişirmək, suyu itirməsinə və quru, sərt olmasına səbəb olar. Ətin öz suyunu salıb geri çəkməsinə icazə verilməlidir.

 

Yüksək istidə və qızartma texnikası istifadə etmək

 

Yüksək istilikdə bişirmə və qızartma, ətin səthində xərçəng yaradan maddələrin toplanmasına və ürək-damar sağlamlığına zərərli trans yağların əmələ gəlməsinə səbəb olur. Həmçinin, çox yağın sorulmasına yol açır. Ətin xarici hissəsi yanarkən, daxili hissəsi çiy qalır ki, bu da qida zəhərlənməsi riskini artırır.

 

İç temperaturunu yoxlamamaq

 

Ətin iç temperaturunu yoxlamamaq qida təhlükəsizliyi baxımından ciddi risklər yaradır. Yetərincə bişməyən ətdə zərərli bakteriyalar sağ qala bilər və zəhərlənmələrə səbəb ola bilər.

 

Termometr istifadə etmək, ətin tam olaraq bişib bişmədiyini anlamağın ən etibarlı yoludur. İç temperaturunu ölçmədən bişirildikdə, ətin xarici hissəsi bişmiş görünə bilər, amma daxili hissəsi çiy qala bilər və bu, sağlamlıq problemlərinə yol açar.

 

Çox duz və ədviyyat istifadəsi

 

Çox duz yüksək təzyiq və ürək xəstəlikləri üçün risk faktoru yaradır. Çox duz istifadəsi bədənin elektrolit balansını pozar və böyrək problemlərinə səbəb ola bilər. Ədviyyatlar düzgün miqdarda istifadə edildikdə faydalıdır, amma həddindən artıq istifadə mədədə qıcıqlanmaya yol açar.

 

Əminə Bayramova

Tarix: 12 May 2025, 12:56   
Chosen
0
pravda.az

1Sources