EN

“Qəzənfər Paşayev konkret ad çəksin, kim öz ayranına turş deyər ki?” - ÖZƏL

“Ağdamda Muğam Mərkəzinin binasının istifadəyə verilməsi, ona təntənəli açılış mərasimi təşkil etmək çox xoş bir hadisədir. Azad olunmuş torpaqlarda bir-birindən gözəl mədəniyyət müəssisələri yaradılır. Muğamımız o torpaqlarda səslənir. Mədəniyyət xadimləri üçün bundan böyük sevinc, qürur ola bilərmi?”
 
Bunu Moderator.az-a açıqlamasında xalq yazıçısı Anar deyib.
 
O daha sonra professor Qəzənfər Paşayevin “İndi Yazıçılar birliyinin 2 min 400-dən çox üzvü var. Onların çoxu nə şairdir, nə də yazıçı” sözlərinə də münasibət bildirib:
“Heç bir idarədə hamı ideal deyil ki. Görmürsüz ki, bütün idarələrdə elə adamlar var neçə illərdir işləyir, sonra rəhbərlik görür ki, bu ora layiq deyil. Həmin dəqiqə də onları idarədən uzaqlaşdırır. Ola bilər ki, Yazıçılar Birliyində də qəbulda elə adamlar üzv seçilib ki, ora layiq deyillər. Kim sübut edə bilər ki, sən layiq deyilsən. Deyəcəklər ki, mənim haqda alimlər yazıblar, professorlar söz deyiblər, nə ixtiyarla məni Yazıçılar Birliyindən çıxarırsız? Bu çətin məsələdir. Əgər Qəzənfər müəllim desəydi ki, konkret kimlər layiq deyil, o zaman biz onun sözünə nüfuzlu alim kimi diqqətlə yanaşardıq, onun dediyi adamlar haqda ölçü götürərdik. Amma heç kim bunu demir, deyə də bilməz. Kim sübut edə bilər ki, bu yazıçıdır, o yazıçı deyil? Kim öz ayranına turş deyər ki? Hər kəs elə fikirləşir ki, başqasının ayranı turşdur, onun ayranı dadlı”, - deyə Anar bildirib.
Chosen
0
moderator.az

1Sources